AR-nın Əmək Məcəlləsinə, müəssisənin daxili sənədlərinə və rəhbərliyin əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələri və digər müvafiq əməliyyatların vaxtında rəsmiləşdirilməsinin təmin edilməsi
Əmək muqavilələrin hazırlanmasını, e-gov hökümət portalında əməliyyatların vaxtında yerinə yetirilməsi, daxili əmrlərin hazırlanamsının təmin edilməsi
İş vaxtının düzgün uçotunun aparılmasını və əmək haqqı hesablanması üçün zəruri məlumatların vaxtında mühasibatlığa təqdim edilməsi
Şirkətin kadrlara olan tələbatı haqqında vakansiyaların elan edilməsi
Təşkilatı struktur və vəzifə təlimatlarının hazırlanması
Şirkətin hədəf və strategiyasına uyğun olaraq işçi heyətinin seçilməsi, işə qəbul və işçilərin saxlanılması üzrə düzgün siyasətin tətbiq olunması
Kadrların ixtisas, şəxsi və işgüzar keyfiyyətləri qiymətləndirilərək müvafiq struktur bölmələrdə düzgün yerləşdirilməsi, onların əməyinin istifadə olunmasına və ixtisasartırma daxili təlimlərin həyata keçirilməsinə nəzarət
İşçi heyətin mükafatlandırılması, intizam məsuliyyətinə cəlb olunması, attestasiyası proseslərinin idarə edilməsi
Aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq edilməsi və müvafiq qanunvericiliyin tələblərinə riayət edilməsi (Miqrasiya xidməti, Dövlət Müfəttişlik Xidməti və s.)
İnsan Resursları sahəsində daxili prosedur, qayda, təlimat və standartların yaradılması və inkişaf etdirilməsi;
Xüsusi tələblər:
Ali təhsil
İnsan Resursları sahəsində 3 – 5 il iş stajı (rəhbər vəzifədə olan namizədlərə üstünlük verilir)
AR-nın Əmək Məcəlləsi üzrə yaxşı səviyyədə biliklər
1C (8.3 UPP) sistemi, MS Office proqramlarında işləmə bacarığı ( SAP üzrə biliklərə üstünlük verilir)