Xəzinə əməliyyatları üzrə aparıcı mütəxəssis

Araz Supermarket

Xəzinə əməliyyatları üzrə aparıcı mütəxəssis

undefined 

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə);
  • Əməliyyatlar üzrə 2 ildən artıq iş təcrübəsi;
  • İngilis, türk dillərini yaxşı səviyyədə bilməli;
  • Tiger və ERP proqramı yaxşı səviyyədə bilmək;
  • MS Office proqramlarını yüksək səviyyədə bilməli;
  • Araşdırma , analitik düşünmə , kollektivlə işləmə bacarığına malik olmaq.

Vəzifə öhdəlikləri:

  • Bank xidmət haqlarına, konvertasiya əməliyyatlarına, pos terminal xidmət haqlarına gündəlik yoxlanması;
  • Əməliyyatlar üzrə mütəxəssislərin sistem üzrə əməliyyatlarının gündəlik yoxlanması;
  • Bankla bağlanılan müqavilə, kredit, qarantiya sənədləşmə işlərini həll etmək və qeydiyyatını aparmaq;
  • Kredit və qarantiya ödənişlərinə nəzarət;
  • Digər şöbələr tərəfindən istənilən məlumatları təqdim etmək;
  • Digər əməkdaşların işləri ilə tanış olub, hər hansı problem olduqda operativ dəstək olmaq;
  • Kassa və bank qalıqlarının doğruluğuna nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icra edilməsi.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xəzinə Əməliyyatları üzrə Aparıcı Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 10.11.2022