Problemi düzgün başa düşmək üçün avtomobil texnikasından anlayışı olmalı;
Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
Fəal və işə planlı yanaşma
Öhdəliklər:
Avadanlıqların və iş zonalarının fasiləsiz işlək vəziyyətində olmasının və sazlığının təmin edilməsi
Texniki personalın texniki və nəzəri hazırlığın lazımı səviyyəsinin təmin edilməsi, şirkətin göstərdiyi xidmət sahələri üzrə müvafiq təlimlərin keçirilməsi
Şirkət üçün yeni alət və avadanlıqların alınmasında iştirak edilməsi
Avadanlıqların istismarı zamanı təhlükəsizlik texnikasının, əməyin mühafizəsinin və istehsalat sanitariyasının zəruri tədbirlərinin həyata keçirilməsinə idarə və nəzarət edilməsi
Avadanlıqlar üçün ehtiyyat hissələrinin və sərfiyyat materiallarının sifariş edilməsi
Havalandırma, istilik və işıqlanma sistemlərinin fasiləsi işinə nəzarət edilməsi
Müvafiq norma və qaydalara uyğun enerji avadanlıqların düzgün istismarı üçün nəzərdə tutulan texniki işlərinə nəzarət edilməsi
Fövqəladə halların aradan qaldırılması
Tabelliyində olan işçilərin işinə rəhbərlik və nəzarət edilməsi
Texniki hissənin anbar ehtiyyatlarının idarə edilməsi
Kollektivdə dostluq atmosferini formalaşdırıb və ona əmanət olunan kollektivdə mübahisəli halların qarşısının alınması
Rəhbərlik tərəfindən təyin olunmuş digər vəzifələrin yerinə yetirilməsi
Çatışmamazlıqlar barədə rəhbərliyi məlumatlandırılması və onları aradan qaldırmaq üçün tədbirlərin təklif edilməsi
İş rejimi:
İş saatı : 09:00-dan 18:00-dək
İş rejimi: Həftənin 6 günü; istirahət günü - bazar
İş yeri: Badamdar qəsəbəsi
Əmək haqqı : 800 - 1000 AZN
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Texniki menecer" qeyd edərək info@jobpoint.az e-ünvanına göndərə bilərlər.