Başak Group

Tender üzrə mütəxəssis

800 - 1000 AZN

My default image 

Namizədə aid tələblər:

  • Ali təhsilli;
  • Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
  • Satınalma və tender sahəsində 2-3 ildən artıq iş təcrübəsi;
  • Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
  • Kompüter biliklərinə sahib olmalı;
  • Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli;
  • Yaş həddi 22-35 yaş arası;

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
  • Tender sənədlərinin əldə olunması üçün müvafiq işlərin görülməsi;
  • Tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
  • İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq sənədlərin hazırlanması və tələb olunan müddət ərzində Sifarişçiyə göndərilməsi;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində
  • Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
  • Tender prosesi zamanı şirkətin təmsil olunması;
  • Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
  • Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00,
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Əməkhaqqı: 800-1000 AZN+ bonus (KPİ)
  • Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Tender üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.

Elanın bitmə tarixi: 19.11.2022