Biz nə təklif edirik: Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Təlim, qiymətləndirmə və inkişaf şöbəsinin fəaliyyətinin təşkili və rəhbərlik edilməsi;
Agentliyik əməkdaşları üçün təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsinin təşkili;
Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsinin təmin edilməsi;
Agentlikdaxili və xarici təlimlərin təşkil edilməsi;
Təlimçi kimi ixtisaslaşdığı sahələr üzrə ehtiyac yarandıqda və öz təşəbbüsləri ilə daxili təlimlərin keçirilməsi;
Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris mərkəzlərindən kənarda təlim prosesinin qurulmasının müəyyən edilməsi və yeni təlim imkanlarının yaradılmasının təşkili;
Təlim, inkişaf və qiymətləndirmə xidməti göstərən təşkilatların seçilməsi üçün işlərin (texniki şərtlər toplusu və ehtimal qiymətinin, büdcələrin hazırlanması) təşkil edilməsi;
Əməkdaşların bilik, bacarıq və səriştələrinin artırılması istiqamətində fəaliyyətlərin və tədbirlərin planlaşdırılması və təşkili;
Təlimlərin səmərəliliyinin struktur bölmə rəhbərləri və şöbə müdirləri ilə müzakirəsi, nəticələrinin təhlil edilməsinin təşkili;
Əməkdaşların struktur bölmə və vəzifələr üzrə qiymətləndirmə, inkişaf konsepsiyalarının işlənilməsinin təşkili;
Performans təhlillərinə uyğun olaraq işçilərin hədəf və məqsədlərin yerinə yetirlməsi üçün lazımi dəstək verərək təlimlərin təmin olunması;
Əməkdaşların qiymətləndirilməsi prosesinin təşkil edilməsi;
Əsas fəaliyyət göstəricilərini, Agentliyin dəyər və strateji hədəflərini nəzərə almaqla, performans qiymətləndirmə sisteminin qurulması;
Mükafatlandırma sisteminin yaradılması və həyata keçirilməsi;
İl sonu qiymətləndirmə prosesinə nəzarət etmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
İş yeri: Lev Tolstoy 170;
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Xüsusi tələblər:
Ali təhsil;
İnsan resursları sahəsində minimum 5 il, təlim və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi (təlim və inkişaf istiqamətində rəhbərlik təcrübəsi üstünlükdür);
Təlim, inkişaf və qiymətləndirmə sahəsi üzrə yeni yanaşmalar və konsepsiyalar barədə məlumatlılıq və tətbiq etmə bacarığı;
İdarəetmə və liderlik qabiliyyəti;
Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək və təşkilatçılıq bacarığı;
Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;
Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
Təqdimat hazırlamaq və məlumatın qrafik şəkildə təsvir etmək bacarığı;
Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;