Təchizat üzrə mütəxəssis

Tufandag Mountain Resort

Təchizat üzrə mütəxəssis

undefined 

 

Vəzifə öhdəlikləri:

  • Tələb olunan malların və xidmətlərin alışı istiqamətində tədarükçülərlə danışıqlar aparmaq, sorğular göndərmək və əlverişli qiymət təkliflərinin əldə olunmasını təmin etmək;
  • Mütəmadi olaraq bazar araşdırması aparmaq və potensial təchizatçıları tapmaq; (yerli və xarici bazar)
  • Mütəmadi olaraq bazar araşdırması və tələbnamələrin icra vəziyyəti barədə rəhbərliyə hesabatlar təqdim etmək;
  • Mütəmadi olaraq yerli və xarici bazarın monitorinqini aparmaq.
  • Tələb olunan mal - material və xidmətlərin prosedura əsaslanaraq vaxtında çatdırmaq.
  • Bazar araşdırması nəticəsində alınmış qiymət təkliflərinin xüsusi təklif qiymətləndirmə formasına yığmaq və rəhbərliyə təqdim etmək;
  • Malların çatdırılması prosesini və ödənişlərinin həyata keçirilməsini təşkil etmək;
  • Beynəlxalq təchizatçılardan alınmış malların çatdırılmasını və gömrük rəsmiləşdirilməsi üçün lazımi sənədlərin təqdim edilməsini təşkil etmək;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
  • Azərbaycan və ingilis dilləri sərbəst danışıq və yazı səviyyəsində bilməli, rus dili arzuolunandır;
  • Verilən işi vaxtında və operativ təhvil vermək bacarığı;
  • Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
  • Analitik düşüncəyə sahib, problemləri sadə yollarla həll etmə bacarığı;

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Təchizat üzrə mütəxəssis) göstərilməklə göndərmələri xahiş olunur.

Müraciət etmək üçün:[email protected] 

Elanın bitmə tarixi: 17.08.2023