Neft və qazçıxarma sahəsinin rəis müavininin (geologiya üzrə) əsas vəzifəsi neft və qaz hasilatı üzrə tapşırıqların yerinə yetirilməsi, geoloji xidmət işçilərinin fəaliyyətinə rəhbərlik edir və onların işini əlaqələndirir, layların neft verimini artıran yeni metodların tətbiq edilməsini təmin edir;
Neft və qaz quyularının istismar fondunun vəziyyətinin cari analızınıkeçirir, dayanan quyuların azaldılması, istismarda olan quyularınsəmərəliliyini yüksəltmək üçün tədbirlər görür;
İşlənilən yataqlarda neft və qaz ehtiyatlarının vəziyyətini sistematik olaraq təhlil edir;
İstismar obyektlərində geoloji-texniki tədbirlər planının tərtibatını təşkil edir;
İstismar quyularının texnoloji iş rejimini təsdiq edir;
Neft və qaz yataqlarının layihə üzrə işlədilməsinə nəzarət edir;
Sahə üzrə neft və qaz hasilatının cari və perspektiv planlarının tərtibatında iştirak edir;
İstismar quyularının müəyyən edilmiş rejimdə işləmələrinə, qazılan quyularda işlərin layihə əsasında aparılmasına, boru kəmərlərinin düzgün sementlənməsinə, gil məhlulunun keyfiyyətinə və göstəricilərin düzgün olmasına, quyu lüləsinin əyriliyinə, istiqamətinə nəzarət edir;
İstehsalat obyektlərində olduğu zaman təhlükəsizlik qayda və normalarının pozulması hallarını aşkar edir, onların aradan qaldırılması üçün ölçü götürür;
Geoloji-kəşfiyyat, geoloji-axtarış, geofiziki quyuların sınaqdan keçirilməsi və tədqiqi sahəsində işlərin təhlükəsiz aparılmasına nəzarət edir;
Quyuların qazılması üçün layihələrin tərtib olunmasında faktikibrəqəmlərdən istifadə olunmasına nəzarət edir;
İstismar quyularından alınan neftin miqdarını artırmaq məqsədilə və
tədqiqat işlərinin aparılması üçün tərtib olunmuş geoloji-texniki tədbirlər planına düzgün əməl olunmasına nəzarət edir;
Geoloji axtarışlar, geofiziki, quyuların sınaqdan keçirilməsi və tədqiqi, digər geoloji-texniki tədbirlərin aparılması zamanı ətraf mühitin çirklənməsinə nəzarət edir;
Geoloji, geofiziki, quyuların tədqiqi və sınaqdan keçirilməsi proseslərində idarənin işçilərinin təhlükəsizlik qayda və normalarına, standartlara riayət etmələrinə nəzarət edir;
Geoloji, geofiziki, quyuların tədqiqi və sınaqdan keçirilməsi və tədqiqində yeni avadanlıqların, cihazların, alətlərin tətbiq olunmasını təşkil edir;
Ətraf mühitin çirklənməsinin qarşısını alan tədbirlərin hazırlanmasında və onların həyata keçirilməsində iştirak edir.
Xüsusi tələblər:
Ali bakalavr / Müvafiq sahə üzrə 3 İl / Müvafiq sahə üzrə İş təcrübəsi dedikdə, SOCAR-da müvafiq sahə üzrə mühəndis texniki və ya rəhbər vəzifələrdə, kənar təşkilatlarda olduqda rəhbər vəzifələrdə iş təcrübəsi nəzərdə tutulur.
Orta-ixtisas təhsili / Müvafiq sahə üzrə 5 İl / Müvafiq sahə üzrə İş təcrübəsi dedikdə, müvafiq sahə üzrə mühəndis texniki və ya rəhbər vəzifələrdə iş stajı nəzərdə tutulur.
Səriştəlik və digər tələblər
Məsuliyyət
Nizam-intizam
İşi təqib etmə
Dürüstlük
Etik davranış
Peşəkarlıq
Səlahiyyətvermə
İşçiləri inkişaf etdirmə
Qrup liderliyi
Konfliktlərin idarə edilməsi
İdarəetmə
Stresin idarə edilməsi
Şifahi özünüifadə
Səriştəlik və digər tələblər
Yazılı özünüifadə
Dərketmə
Mühakimə
Planlama və təşkiletmə
Problem analiz etmə
Vizyon
Bilməlidir Əməyin mühafizəsini;
Əməyin sağlamlığını;
Əməyin təhlükəsizliyini;
Əmək şərаitinin normallaşdırılmasını;
Sanitariya-gigiyenasını;
İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını;