Müştəri ilə əlaqəli vəzifələr üzrə 3 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis
B kateqoriyalı sürücülük vəsiqəsi və min 3 il avtomobil idarə etmə təcrübəsi (mexaniki və avtomat SQ)
Şəxsi keyfiyyətlər: ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan
Komandada işləmək bacarığına malik olan.
Öhdəliklər:
Xidmət ustalarının vəzifə borclarını bilib və ustaların gördükləri işin gedişatını və yerinə yetirilmə müddətini kontrol edilməsi;
Ustaların iş cədvəllərinə riayət edilməsinə nəzarətin təşkil edilməsi;
Müştərilərə məxsus avtonəqliyyat vasitələrini servis zonasına və servis zonasından sürməyi;
İş zamanı meydana çıxan nasazlıqlar barədə satış şöbəsini və müştəriləri məlumatlandırılması;
İşçilərin öhdəkiliyinə qoyulan vəzifələrin yerinə yetirilməsi zamanı lazım olan maddi-texniki, məlumat resursları ilə təmin edilməsini yoxlayıb, fasilələrin, qəzaların, işin müvəqqəti durmasının qarşısını almaq üçün tədbirlər qəbul edilməsi;
İstifadə olunan sərfiyyat materiallarının xərcinə nəzarət edib və onların uçotun aparılması;
Avadanlığın istismar effektinin artırılması, əməyin səmərəliliyini yüksəlməsi üzrə təqdimatların hazırlanmasında, maddi və əmək resusrlarının qənaət rejiminə riayət edilməsi;
Iş yerinin iş zamanı səliqəli saxlanılmasının təmin edilməsi;
İş rejimi :
İş saatı : 09:00-18:00 və 12:00-21:00 (növbəli)
Nahar şirkət tərəfindən qarşılanır;
İş rejimi: Həftənin 6 günü növbəli; istirahət günü həftə içi
Əmək haqqı: 500 - 600 AZN
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Qəbulçu/formen" qeyd edərək info@jobpoint.az e-ünvanına göndərə bilərlər.