STP Polymer

Operator

My default image 

 

Bizim üçün uyğun namizəd:

  • Ümumi orta və orta texniki təhsil;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini sərbəst səviyyədə bilməli;
  • İngilis və rus dillərini orta səviyyədə bilməsi üstünlükdür;
  • İşgüzar və məsuliyyətli olmalı.

Hansı işləri görəcəksiniz:

  • Fəaliyyət ardıcıllığını istehsalat rəhbəri və ya müvafiq rəhbər şəxslə razılaşdırmaq
  • Dəzgahların istismarı, materiallar və məhsullar ilə bağlı yaranan problemləri barədə növbə ustasına və yaxud növbə rəisinə məlumat vermək
  • Məhsulun hissələrindəki qüsurları və ya dəzgahlardakı nasazlıqları aşkarlamaq üçün əməliyyatlara nəzarət etmək və ya müşahidə aparmaq
  • İstifadə edilən materialların keyfiyyətinə dair müşahidələr aparmaq və təkliflər vermək
  • Dəzgahlardakı uyğunlaşdırmaları və materiallara olan tələbləri müəyyən etmək məqsədilə işin texniki şərtlərini oxumaq
  • Verilmiş materiallar arasında seçim etmək və texniki sənədlərə uyğun olaraq onları emal etmək
  • Materiallardan səmərəli istifadə göstəricisini maksimum səviyyəyədə saxlamaq
  • Plan qeydlərini jurnalda aparmaq
  • Qüsurların aşkar edilməsi məqsədilə hissələri yoxlamaq və maşınların işləmə dəqiqliyini müəyyən etmək üçün nəzarət-ölçü vasitələrindən istifadə etməklə qiymətləndirmə aparmaq
  • Texniki proses məlumatlarını qeydə almaq və tələb olunan formada təqdim etmək
  • İşlədiyi sahədə avadanlığın və ərazinin təmizliyinə riayət etmək

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
  • Rəqabətə davamlı əmək haqqı; 

Əlavə məlumatlar:

  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Növbəli iş şəraiti
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Operator” yazaraq, 15 dekabr 2022-ci il tarixinədək [email protected] e-ünvanına göndərilməsi xahiş olunur.

Elanın bitmə tarixi: 16.12.2022