Mütəxəssis / Təchizat şöbəsi / Təchizat sektoru Bakı

AzerGold

Mütəxəssis / Təchizat şöbəsi / Təchizat sektoru Bakı

My default image 

 

Vakansiyanın təsviri:

 

  • Mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalınmasını (Əsas Şərtlər Toplusunu hazırlamaq, sifarişçi və Tender Komissiyası ilə razılaşdırılmasını, müvafiq qaydada elan olunmasını təmin etmək və s.), tender prosesinin idarəolunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Tender Komissiyasına məlumat vermək;
  •  Kotirovka sorğusunun nəticələrinə dair yekun protokolu hazırlamaq və Tender Komissiyası tərəfindən imzalanmasını təmin etdikdən sonra müvafiq icra hakimiyyəti orqanına qeydə alınması üçün göndərilməsini təşkil etmək;
  •  Kotirovka sorğusu üzrə müqavilələrin hazırlanması prosesində iştirak etmək və mümkün sənədlərin təmin edilməsinə dəstək olmaq;
  •  Təlimlər ilə əlaqədar daxil olan sifarişlərin həyata keçirmək;
  •  Şöbənin sifarişçisi olduğu proseslərlə əlaqədar ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək;
  • İş qrafiki: İş saatları: 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günüdür.

 

Xüsusi tələblər:

 

  • “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli;
  •  Təchizat və satınalma prosesləri və ümumi prinsipləri bilməli;
  •  MS Office proqramları və ERP üzrə işləmə bacarığı;
  •  Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı İnkişaf, Nəticə Yönümlülük, Çeviklik səriştəlikləri;
  • Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır.
  • Tələb olunan təhsil və iş təcrübəsi: Ali Təhsil.
  • Müvafiq sahədə 1 ilədək iş təcrübəsi.

 

Elanın bitmə tarixi: 25.08.2023