Müştəri xidmətləri üzrə mütəxəssis

Melissa Group

Müştəri xidmətləri üzrə mütəxəssis

350 AZN

My default image 

 

Vəzifə öhdəlikləri və iş barədə məlumat:

  • Şirkətə daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və şöbələrə təqdim olunması;
  • Qonaqlarla görüşlərin təşkil olunması;
  • Ofisə daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi;
  • Zərurət yarandığı halda müştərilərə tikintinin vəziyyəti, mənzillər, ödəmə şərtləri barədə ilkin məlumatların verilməsi;
  • Daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
  • Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;
  • Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil
  • Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook);
  • Azərbaycan və rus dillərində mükəmməl danışıq qabilliyyəti və ünsiyyət bacarığı;
  • Təşkilati bacarıqlar;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək etik davranış qabiliyyəti;
  • Səbrli və məsuliyyətli olmalı.

Əlavə məlumat:

  • İş qrafiki: Növbəli qrafik əsasında 5 günlük iş həftəsinə uyğun olaraq müəyyən edilir. 
  • Əməkhaqqı: 350 AZN –dən başlayır

CV-lərinizi [email protected] ünvanına "müştəri xidmətləri" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. 

Elanın bitmə tarixi: 15.12.2022