AGRO - WEST DC LLC

Müdir

1000 - 1500 AZN

undefined 

”A plus” mağazalar şəbəkəsinə Hövsan və Memar Əcəmi filialları üzrə “Müdir” vakansiyası elan edilir.

İşçiyə qoyulan tələblər:

  • Komanda ilə işləmə və heyyəti idarəetmə bacarığı olmalı;
  • İşgüzar davranış etikası olmalı;
  • İş təcrübəsi: 5 ildən çox (Qeyd edilən vəzifə üzrə);
  • Yaş: 30-50;

Vəzifə öhdəlikləri:

  • İşin başlanmasına iyirmi dəqiqə qalmış satış nöqtəsində olmalıdır, mağazanın fasiləsiz satış işini təmin etməlidir.
  • Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir.
  • Satış hədəfinə çatmaq üçün xərclərin, stokun, satışların, sifarişlərin optimallaşdırma sistemlərini doğru idarə etməlidir.
  • Satış komandasını motivasiya etməli, müştəri məmnuniyyətini üst səviyyədə tutaraq hədəfə çatmalıdır.
  • Rəqiblər barəsində, rəqiblərin məhsul və qiymət siyasəti barəsində ətraflı məlumat toplamalı və buna uyğun təkliflər hazırlayıb rəhbərliyə təqdim etməlidir.
  • Tabeçiliyində olan işçilərin müraciətlərini, təklif və şikayətlərini dinləməli, onları səlahiyyətləri çərçivəsində həll etməli, səlahiyyətlərini aşan məsələlər barəsində tabe olduğu rəhbərinə yazılı müraciət etməlidir.
  • Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;
  • Mağazanın və anbarın təmiz və səliqəli saxlanılmasını, hər gün satışdan əvvəl malların tam yoxlanışının (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirilməsini təmin etməlidir;
  • Mağazada soyuducunun, tərəzinin və s. avadanlıqların işlək vəziyyətdə olmasını təmin etməlidir;
  • Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, əlavə vasitə və avadanlıqların yerində olmasını, vitrində boşluqların olmaması təmin etməlidir:
  • Marketlərdə keçirilən inventarizasiyada iştirak etməlidir, ona təhkim olunan inventarlara cavabdehdir;
  • Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə, oğurlanma və zədələnmə hallarının olmamasını təmin etməlidir;
  • Qaytarmalara, onların firmalara vaxtında təhvil verilməsinə nəzarət etməlidir.
  • Mağazaya aid sənədlərin yığılıb mühafizə edilməsi, mərkəzə çatacaq qaimə və fakturaların əksiksiz olması və vaxtında göndərilməsini təmin etməlidir.
  • İş zamanı mağaza müdiri üçün təyin edilmiş korporativ geyimdə olmalı, xarici görünüşünə şəxsi gigiyenasına fikir verməli və iş saatlarında ona verilən yaxa kartını daim üzərində saxlamalıdır.

İş şərtləri:

  • Stabil iş
  • Icbari sığorta
  • Əmək haqqı: 1000-1500 azn
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş vaxtı:  9.00 – 18.00
  • İstirahət günləri: Həftə ərzində 1 dəfə.

Maraqlananlar öz CV formalarını [email protected] e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Mağaza Müdiri” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Elanın bitmə tarixi: 01.12.2022