Aztelekom
Məhsulların idarə edilməsi üzrə sektor müdiri
Təsvir:
A-dan Z-yə müştəri təcrübəsinin tam sahibliyi və idarə edilməsi;
Gəlir və Müştəri Təcrübəsi KPI-lərinə birbaşa cavabdehlik;
Telekommunikasiya sahəsi üzrə məhsul və xidmətlər üzrə proqnoz vermək və biznes keysləri həyata keçirmək;
İT, Texniki, Müştərilərlə Əlaqələr, Satış və digər müvafiq departamentlərlə əməkdaşlıq edərək xidmət dizaynının yaradılması və təkmilləşdirilməsi;
Çevik və sinergik korporativ mühitdə müştərilərin və daxili maraqlı tərəflərin biznes məqsədləri ilə yaxından işləmək;
Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də “Time to Market” strategiyanın icrası;
Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması;
Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının təşkili və aparılması (NPS, Transactional NPS, Mystery shopping və s.);
Online və offline kommunikasiya və satış kanallarının koordinasiyası və idarə olunması ve yeni kanalların yaradılması;
Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi və müvafiq fəaliyyətlərin icra olunması.
Tələblər:
Biznes, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili;
MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək;
İş təcrübəsi minimum 5 il (B2C və B2B);
10 nəfərə qədər ibarət olan komanda idarəetmə təcrübəsi;
Azərbaycan dilində mükəmməl danışıq və ünsiyyət bacarıqları (həm şifahi, həm də yazılı) ;
Güclü liderlik və əməkdaşlıq qabiliyyəti;
Sahiblik və biznes problemlərinin həllini fəal şəkildə tapmaq bacarığı;
MS Office, yüksək səviyyədə MS Excel, PowerPoint, Outlook tələb olunur;
Məlumata əsaslanan analitik düşüncə tərzinə sahib olmaq;
Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
Rəhbərlik qarşısında məlumatı effektiv şəkildə təqdim etmək bacarığı.
Müraciət üçün link: https://glorri.com/aztelekom/650ad82662871e07977cb747-M%C9%99hsul%20%C3%BCzr%C9%99%20sektor%20m%C3%BCdiri?sources
Elanın bitmə tarixi: 20.10.2023