Layihələrin İdarə Edilməsi Departamentində Mütəxəssis/Aparıcı mütəxəssi

Bank Respublika ASC

Layihələrin İdarə Edilməsi Departamentində Mütəxəssis/Aparıcı mütəxəssi

undefined 

Ümumi vəzifə öhdəlikləri:

  • Layihəyələrin koordinasiyası, sənədləşməsi, izlənməsi, monitorinqi, nəzarət və loqistika məsələrində LİD-in səlahiyyətli şəxsləri və layihə rəhbərlərinə dəstək vermək;
  • Layihələrin iş prosesi standartları və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
  • Bank üzrə layihələrin uğurlu həyata keçməsi məqsədi ilə zərurət yarandığı təqdirdə layihə qrupunun üzvü və ya layihə meneceri kimi iştirak etmək;
  • Layihələrin konsepsiyası, metodologiyası, standartları, iş prosesi üzrə sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
  • Layihələrlə əlaqəli  tender və müsabiqələrin təşkili və keçirilməsində iştirak etmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə təhsilin olması və ya müvafiq sahə üzrə təlimlərdə iştirak arzuolunandır);
  • Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə təhsil olduğu halda təcrübə olmaya bilər);
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı);
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 noyabr 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Layihələrin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 16.11.2022