ArchiCO

Layihə rəhbəri

undefined 

 

İş yeri: Qusar rayonu (Şahdağ layihəsi)

Vəzifə öhdəlikləri:

  • Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
  • Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
  • Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
  • Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
  • Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
  • Tikinti layihəsinin maliyyə hesabatlarının tərtibi, gəlir və mənfəət göstəricilərinin analizi;
  • Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
  • Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
  • Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
  • Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
  • Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanması və baş ofisə təqdim edilməsi;
  • Tabeliyində olan sahə mühəndisləri/iş icraşıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
  • Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;
  • Əməkhaqqı müsahibənin nəticəsinə əsasən təyin olunacaqdır. 

Namizədə olan tələblər:

  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Tikintidə 10 il, rəhbər vəzifədə 5 ildən az olmayan iş təcrübəsi;
  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
  • MS Office; AutoCad, internet, MS Project, PrimaVera proqramlarında işləmə bacarığı;
  • İngilis (əla səviyyə) və rus (yaxşı səviyyə) dili biliklərinin olması.
  • Ezamiyyələrə hazır olması.

CV və tövsiyyə məktublarınızı "layihə rəhbəri" başlığı ilə [email protected] e-ünvanına göndərməyiniz xahiş olunur. 

Elanın bitmə tarixi: 28.12.2022