Korporativ kreditlərin təhlili şöbəsinin kiçik mütəxəssisi

Kapital Bank

Korporativ kreditlərin təhlili şöbəsinin kiçik mütəxəssisi

My default image 

 

Öhdəliklər:

  • Koporativ müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;
  • Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatları aparmaq, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəlikləri strukturlaşdırmaq, onlar barədə rəylər vermək;
  • Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
  • Risklərin düzgün qiymətləndirmək və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.

Tələblər:

  • Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)
  • Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
  • Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
  • CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;
  • Komputer bilikləri (MS Office, Internet);
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
  • Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
  • Bank qanunvericiliyini bilmək.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Elanın bitmə tarixi: 27.02.2023