Zeytun Phamaceuticals MMC

Korporativ Katib

undefined 

Tələblər:

  • Ali təhsil (Hüquq istiqamətində arzuolunandır)

  • İş təcrübəsi – Müvafiq sahədə 1 ildən 3 ilə qədər;

  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti,

  • Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;

  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək;

  • Sənədlərin qeydiyyatdan keçirilməsi və dövriyyəsinə nəzarət 

  • Ofis proqramlarında işləmək bacarığı

Vəzifə öhdəlikləri:

  • Ümumi Yığıncağın, Müşahidə Şurasının, İdarə Heyətinin iclaslarını və Komitələrin iş prosesini təşkil etmək, iclaslar üçün materialları toplamaq və sistemləşdirmək, iclaslara dair bildiriş, gündəlik, gündəlikdəki məsələlərə dair materialların iclas iştirakçılarına göndərilməsinə cavabdehlik daşımaq, bu iclaslarda iştirak etmək;

  • İştirak etdiyi iclasların protokollarının rəsmiləşdirilməsini təmin etmək;

  • Təşkilatın struktur bölmələri ilə əməkdaşlıq etmək, zəruri məlumat və sənədləri əldə etmək, lazımi təhlillər aparmaq, ümumiləşdirmək, iclas materiallarının qorunub saxlanılmasını təmin etmək, Səhmdarların və Müşahidə şurasının qərarlarının icraya yönləndirilməsi və onların müəyyən olunmuş müddətdə icrasına nəzarəti həyata keçirmək, bu barədə mütəmadi olaraq İdarə Heyətinə rəsmi məlumat təqdim etmək.

  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, təşkilat daxilində qüvvədə olan normativ aktları bilmə və tətbiq olunmasını həyata keçirmək;

  • Müvafiq hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək;

  • Şirkətdə korporativ idarəetmə sistemi və mədəniyyətinin formalaşdırılmasına dəstək olmaq;

  • Rəhbərlik tərəfindən müəyyən edilmiş qaydada hesabatları hazırlamaq;

  • Rəhbərliyin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək

İş şəraiti:

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;

  • Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur;

  • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

E-mail: [email protected]

Elanın bitmə tarixi: 13.12.2023