Keyfiyyət təminatı üzrə rəhbər

PMD Projects LLC

Keyfiyyət təminatı üzrə rəhbər

undefined 

 

Vəzifə öhdəlikləri:

  • İş yüklərini paylamaq
  • Tabeçilikdə olan işçilərin daxili nizam-intizam qaydalarına riayət etməsinə nəzarət etmək
  • Tabeçilikdə olan işçi prosedurlarını və vəzifə öhdəliklərini yerinə yetirmək
  • Məzuniyyət və inkişaf planlarını hazırlamaq və yerinə yetirilməsinə nəzarət etmək
  • Layihələrdə Keyfiyyət Təminatının fəaliyyətlərini təşkil və idarə etmək
  • Tapşırıq əsasında daxili audit planının hazırlanmasında iştirak etmək
  • Tapşırıq əsasında daxili auditin həyata keçirilməsində iştirak etmək
  • Daxili audit və gündəlik fəaliyyət zamanı aşkarlanmış tapıntılarla bağlı fəaliyyətlərin həyata keçirilməsinə nəzarət etmək
  • KİS ilə bağlı təlimləri təşkil etmək, həyata keçirmək və başqaları tərəfindən həyata keçirilməsinə nəzarət etmək
  • Müştəri şikayətləri ilə bağlı razılaşdırılmalı fəaliyyətləri həyata keçirmək
  • Müştəri məmnuniyyəti sorğularının qənaətbəxş olmayan nəticələri ilə bağlı tədbirlər görmək
  • Keyfiyyət üzrə məqsədlərin müəyyən edilməsində iştirak etmək və onlara çatması üçün tədbirləri hazırlamaq
  • Rəhbərllik tərəfindən təhlil üçün tələb olunan giriş məlumatlarını əldə etmək və hesabat hazırlamaq
  • KİS daxili və xarici auditin nəticələri haqqında şöbə müdirlərini məlumatlandırmaq
  • Tapşırıq əsasında KİS daxili və xarici auditlər zamanı auditorları müşayiət etmək
  • Keyfiyyət məqsədləri və Proses Performans Göstəricilərini izləmək və şöbə müdirini məlumatlandırmaq
  • KİS üzrə daimi təkmilləşdirmə fəaliyyətlərini müəyyənləşdirmək və şöbə müdirinə təklif etmək
  • Keyfiyyətlə bağlı statistik məlumatların alınması üçün müvafiq qeydlərin aparılmasını təşkil etmək və onlara nəzarət etmək
  • Keyfiyyətlə bağlı statistik məlumatların alınması üçün müvafiq qeydlərin aparılmasını təşkil etmək və onlara nəzarət etmək
  • Keyfiyyət ilə bağlı statistik məlumatları təhlil etmək və təhlildən çıxan nəticəyə uyğun tədbirlər görmək
  • KT/KN bilik bazasını aktuallaşdırmaq və inkişaf etdirmək
  • Şöbə müdirinin digər oxşar tapşırıqlarını icra etmək.

Tələblər:

  •  İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 7 il iş təcrübəsi
  •  Ali təhsil: Müvafiq mühəndislik sahəsi üzrə ali təhsil
  •  Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı, Rus dili – arzu olunandır
  •  Kompüter bacarıqları: MS Office
  • İSO 9001:2015 Lead Auditor üzrə sertifikat (İRCA- ya üstünlük verilir) və müvafiq təcrübə
  • İMS (İSO 9001:2015, 45001:2018 və 14001:2015) Lead Auditor üzrə sertifikat və təcrübə olması arzu olunandır

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] email  ünvanına göndərmələri xahiş olunur.

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.