Bankdaxili bütün növ sifarişlərin (dəftərxana, ofis avadanlığı və ləvazimatlar) ESD-yə yerləşdirilməsi və işçilərə təhvil verilməsi;
Görüş otaqlarının bronlaşdırılması;
Ofisdə səliqəyə, təmizliyə və dəftərxana ləvazimatlarına nəzarət;
Print-pointlərin səliqə və təmizliyinə nəzarət;
Ofisin anbarına nəzarət və anbarla işin aparılması (anbarın vaxtlı-vaxtında təsərrüfat malları ilə təchiz edilməsi və möhkəmləndirilməsi, anbardakı əşyaların, mal-materialın saz vəziyyətdə saxlanması və dövriyyəsinə nəzarət);
Müvafiq əmrlə müəyyən edilmiş qaydada və müddətdə anbar qalıqları barədə hesabatın verilməsi;
Texniki işçi heyətinin (xadimə, çayçı) işinə nəzarət;
Havalandırma, soyutma, isitmə sistemlərinin işinə nəzarət;
İnzibati binada təşkilati məqamların həlli (ustaların, fəhlələrin vaxtlı-vaxtında hadisə yerinə gəlməsinin təmin olunması və digər administrativ sorğu və sualların həll olunması);
Banka daxil olan mal-materialın (sular, mallar) qəbulu;
İnventarların ofisdaxili dövriyyəsinə nəzarət (işdən çıxan, işə qəbul olan işçilərlə inventarların təhvil-təslimi);
“Onlayn kargüzarlıq” sistemi vasitəsilə daxil olan və göndərilən sənədlərlə iş (qəbulu, qeydiyyatı və aidiyyatı üzrə yönləndirilməsi);
Rəhbərliyin imzası tələb olunan sənədlərin qəbul edilməsi, imzaya təqdim edilməsi, imzadan sonrakı qeydiyyatının aparılması və aidiyyatı struktur bölmələr üzrə göndərilməsi;
Kuryer və poçt daşınmaları işinin təşkili (məktubların, sənədlərin, bank kartlarının filiallararası, ofislərarası, şəhərdaxili, şəhərxarici dövriyyəsinin təşkili).
Requirements:
Təhsil: Ali humanitar (Filoloji, pedaqoji təmayül arzuolunandır)
Dillər: Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri bilgisi arzuolunandır
Dəqiqlik, səliqəlilik, məsuliyyət hissi, fikri bir neçə istiqamət üzrə bölüşdürmək bacarığı
Bilik və bacarıqlar: Yazılı və şifahi Azərbaycan dilini yüksək səviyyədə bilməlidir