Kart texnologiyalarının inkişafı üzrə mütəxəssis

Bank Respublika ASC

Kart texnologiyalarının inkişafı üzrə mütəxəssis

undefined 

Ümumi vəzifə öhdəlikləri:

  • Kart portfelinin təhlilini aparmaq – kart məhsulu, əməliyyat, region, valyuta növləri və sair göstəricilər üzrə bölgüdə məlumatları təhlil etmək;
  • Bankın ekvayrinq şəbəkəsində aparılan əməliyyatların təhlilini aparmaq;
  • Təhlil edilmiş məlumata əsasən tələb olunan istiqamətdə və formatda təqdimat hazırlamaq;
  • Mastercard, Visa, Apple və Google ilə hesabatlılıq, “invoice” və sair analitik məlumat üzrə qarşılıqlı əlaqələr qurmaq, tələb olunan məlumatı təqdim etmək;
  • Yeni kart texnologiyaları və məhsulların tətbiqi ilə bağlı layihələrdə iştirak edərək, müvafiq analitik məlumatı təqdim etmək, eyni zamanda bu məlumata əsasən layihənin kart biznesinin inkişafına təsirini proqnozlaşdırmaq;
  • Kartlar üzrə stimullaşdırıcı kampaniyaların keçirilməsi üçün statistik məlumatlar təqdim etmək; Keçirilən kampaniyaların nəticəsində müvafiq “cash back” və digər şərtlərin yerinə yetirilməsi üçün müvafiq daxili struktur bölmələr ilə əlaqə qurmaq və icrasına nəzarət etmək;
  • Ödəniş Sistemlərinin “invoice”-larını təhlil etmək, buna əsasən müvafiq məlumatları rəhbərliyə təqdim etmək, xərclərin azaldılmasına dair təkliflər vermək və Ödəniş Sistemləri ilə bu istiqamətdə əlaqə qurmaq;
  • Ödəniş Sistemləri tərəfindən kartlar üzrə təklif olunan üstünlükləri (benefits) öyrənmək, bu istiqamətdə Ödəniş Sistemləri, Marketinq, filiallar və digər daxili strukturlar ilə əlaqə qurmaq.

 Namizədə qarşı tələblər:

  • Ali iqtisadi təhsil;
  • Microsoft Excel və PowerPoint üzrə biliklər;
  • Azərbaycan dili əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Məlumatları təhlil etmə qabiliyyəti;
  • Təqdimat hazırlamaq qabiliyyəti;
  • Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
  • Diqqətlilik, məsuliyyət, təşəbbüskarlıq və  məqsədyönlülük;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 sentyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Kart texnologiyalarının inkişafı üzrə mütəxəssis qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 16.10.2022