İdarə Heyəti Sədrinin ofisinə mütəxəssis

Bank Respublika ASC

İdarə Heyəti Sədrinin ofisinə mütəxəssis

undefined 

 

Ümumi vəzifə öhdəlikləri:

  • Bankda katiblik işini təşkil etmək;
  • İdarə Heyəti və bankdaxili komitələrin iclaslarını təşkil etmək, zərurət yarandıqda iclaslarda katib kimi iştirak etmək;
  • İclaslarda qəbul olunan qərarların protokollaşdırılması və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etmək;
  • Bankdaxili əsas fəaliyyətlər üzrə əmrlər hazırlamaq;
  • Bankın rəhbər işçilərinin (İdarə Heyətinin Sədri və üzvləri) görüşlərini təşkil etmək;
  • Bankın rəhbər işçilərinin ezamiyyələri, xarici qonaqların qəbulu və görüşlərini təşkil etmək;
  • Bankın rəhbərliyinə beynəlxalq maliyyə institutları tərəfindən təşkil olunan treninq və seminarlar barədə vaxtaşırı məlumat vermək;
  • Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Bank sektorunda bu və ya digər sahədə minimum 1 il iş təcrübəsinin olması arzuolunandır;
  • MS Office (Word, Excel, PowerPoint, Outlook) proqramları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqəlilik;
  • Nəticəyönümlülük;
  • İşgüzar kommunikasiya qurmaq və yüksək icraçılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 yanvar 2023-ci il tarixinədək email-in mövzu hissəsində İdarə Heyəti Sədrinin ofisinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 06.01.2023