Direktorun fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirməsi üçün rəylər təqdim etmək
Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək
Direktoruna lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək
Direktorunun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məılumatlandırılması və s.) görmək
Direktorunun tapşırığı ilə şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə şirkətin Direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək
Direktorun göstərişi ilə Direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək
Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Direktora məlumat vermək
Direktor köməkçisi səlahiyyətlərinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları şirkətin işçilərindən tələb etmək
6 günlük iş qrafiki
Namizədə tələblər
Bəy namizədlərə üstünlük veriləcək
Ali təhsil
Task managment alətlərini sərbəst idarə edilməsi (Bitrix24 üstünlükdür)
Yüksək yazılı və şifahi kommunikasiya bacarığı
Komandada işləmə bacarığı
Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli
İşgüzar, məsuliyyətli və yüksək davranış keyfiyyətlərinə malik olmalı