Avrora

Brend Menecer

My default image 

 

Əsas vəzifə öhdəlikləri:

  • Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlanılması və reallaşdırılması;
  • Portfelində mövcud olan brendlər üzrə düzülüş normativlərinin hazırlanması, Satış komandasına məlumat verilməsi və icrasının izlənilməsi;
  • Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımı tədbir planının hazırlanması;
  • Mütəmadi olaraq gündəlik/aylıq istehsal olunan məhsulların miqdarının izlənilməsi, nəzərdə tutulmuş istehsal planından kənarlaşma olduğu təqdirdə müvafiq tədbirlər görülməsi, birbaşa rəhbərinə istehsalın gedişatına dair müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi;
  • Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasını, yeni məhsulların buraxılmasını, aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
  • Marketinq planının hazırlanmasında iştirak etməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
  • Brend üzrə qiymət siyasətinin mütəmadi olaraq təhlil edilməsi və inkişaf etdirilməsi;
  • Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula olan münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Güclü analitik düşüncəyə malik olması;
  • Təqdimat proqramlarında işləmək bacarığı (PPT, Visio və s.);
  • Excel proqramı üzrə bilikler (orta səviyyədə);
  • Kollektivdə işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Marketinq ixtisası üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: Brend Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta).

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini [email protected] e-ünvanına mövzu hissəsinə “Brend Menecer” yazaraq ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 09.10.2022