Biznes Proseslərin İdarəedilməsi üzrə aparıcı mütəxəssis

Avrora

Biznes Proseslərin İdarəedilməsi üzrə aparıcı mütəxəssis

My default image 

 

Əsas vəzifə öhdəlikləri:

  • Biznes prosesləri analiz edərək mövcud problemlər və risklərin təkmilləşdirmə imkanlarını müəyyən etmək, proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, proses sahibi və digər maraqlı tərəflərin iştirakı ilə proseslərlə bağlı dəyişiklik ehtiyacını müəyyən etmək;
  • Biznes proseslərin mövcud (as-is) və arzu olunan (to-be) vəziyyətini sənədləşdirmək üçün proses xəritələrini (axış diaqramları), məsuliyyət bölgüsü (RACI) matrislərini və digər zəruri sənədləri hazırlamaq;
  • Biznes proseslərin monitorinqini həyata keçirmək, mövcud problemlər, onların səbəblərini, korrektiv tədbirlərini müəyyən etmək və həyata keçirmək;
  • Şirkətin fəaliyyətinin rəqəmsallaşdırılması və biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması;
  • Bütün fəaliyyət istiqamətlərində biznes proseslərinin sənədləşdirilməsi və normativ sənədlərin hazırlanması;
  • Struktur bölmələrindən daxil olan proseslərin dəyişdirilməsi ilə bağlı sorğuların qəbulu və icrası;
  • Normativ sənədlər bazasının idarə edilməsi;
  • İcra olunan proseslər üzrə müvafiq təhlil hesabatlarının şöbə müdirinə təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Biznes proseslərin idarə olunması və əməliyyat araşdırması sahələrində bilik və bacarıq;
  • Axış diaqramları və blok sxemlərin tərtib edilməsi bacarığının olması (BPMN 2.0 modelləşdirmə dilini bilməsi üstünlükdür);
  • MS Office (Visio, Word, Excel, PowerPoint) proqramlarını yüksək səviyyədə istifadə edə bilmək;
  • Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
  • Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmə bacarığı;
  • Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
  • Planlama və təşkilatçılıq qabiliyyəti.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Sənaye mühəndisliyi, Biznesin idarə olunması, İqtisadiyyat və digər müvafiq ixtisaslar üzrə ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
  • İş təcrübəsi: Biznes Proseslərin idarə edilməsi üzrə – 3 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Biznes Proseslərin İdarəedilməsi üzrə Aparıcı Mütəxəssis” yazaraq [email protected] göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 25.12.2022