DO IT
Biznes inkişafı üzrə menecer
Yaş: 20-30
Təhsil: Ali
İş təcrübəsi: 1-3 il
Əlaqə: [email protected]
Öhdəliklər:
Yeni müştərilərin aktiv axtarışı və cəlb edilməsi
Müştərilərə şirkətin məhsulları haqqında məsləhətlərin verilməsi və təqdimatının aparılması
Müştərilərin ehtiyaclarına uyğun olaraq kommersiya təkliflərin hazırlanması
Potensial bazarları müəyyən etmək və satış strategiyasını təkmilləşdirmək üçün bazar araşdırmalarının aparılması
İşgüzar görüşlərin təşkili və aparılması
Rəhbərliyə görülmüş işlər üzrə hesabatların təqdim edilməsi
Tələblər:
İT məhsulların satışında iş təcrübəsi (ən azı 1 il).
Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
Strateji düşüncə və müştərilərlə uzunmüddətli qarşılıqlı faydalı əlaqələr qurmaq bacarığı.
Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
Ali təhsil (menecment, biznesin idarə olunması və s. ixtisaslarına üstünlük verilir)
Dil bilikləri: Azərbaycan və rus dilləri – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır.
Əmək şəraiti:
İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
Mehriban və peşəkar kollektiv;
Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
Karyera inkişafı imkanları;
Rəqabətli əmək haqqı və bonus sistemi;
Peşəkar təlimlərdə iştirak.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “BDM” və mətn hissəsində gözlənilən əmək haqqını qeyd etməklə göndərmələri xahiş olunur.
Elanın bitmə tarixi: 07.01.2024