DO IT
Biznes analitik
800 - 1200 AZN
Yaş: 20-30
Təhsil: Ali
İş təcrübəsi: 1-3 il
Əlaqə: [email protected]
Öhdəliklər:
Layihədən əvvəlki tədqiqatlarda iştirak, biznes proseslərin təhlili;
Elektron sənəd dövriyyəsi, intranet sistemlərin tətbiq olunması;
Layihə planı və texniki tapşırığa uyğun olaraq sistemlərin sazlanılması;
Sifarişçinin texniki işçi heyəti və sistemin istifadəçiləri üçün təlim keçirilməsi;
Layihə texniki sənədlərinin hazırlanması;
Tətbiq olunan sistemlərə texniki və konsultasiya dəstəyi.
Tələblər:
Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
Microsoft Sharepoint, Microsoft SQL sahələrindən biri barədə biliklər arzuolunandır;
Korporativ informasiya sistemləri, xüsusilə elektron sənəd dövriyyəsi, işçi heyətinin idarə olunması sistemləri ilə tanışlıq;
Məntiqi cəhətdən yoxlanılmış və anlaşılan sənədləri yazma bacarığı;
Ali təhsil, texniki sahədə arzuolunandır;
Dil bilikləri: rus və Azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır;
Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik;
İT sahəsində biznes analitiki kimi inkişaf etmə istəyi.
Əmək şəraiti:
İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
Mehriban və peşəkar kollektiv;
Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
Karyera inkişafı imkanları;
Peşəkar təlimlərdə iştirak.
Əmək haqqı 800-1200 AZN
Elanın bitmə tarixi: 07.01.2024