Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, ölçülməsi və idarəedilməsi;
Hesabat hazırlamaq üçün proseslərin, alətlərin və sistemlərin tətbiqi də daxil olmaqla bazarın və likvidlik riski funksiyasının bəzi aspektlərinin icrası;
Kəmiyyət modellərinin inkişafı, yenilənməsi və tətbiqi üçün çərçivənin inkişafına dəstək verilməsi; (məsələn, statistik əsas ölçmə metodları, həssaslıq analizi, ssenari analizi və s.)
Pul bazarı, istiqraz, kapital və derivativ ticarət üçün limitlərin monitorinqi, ölçülə bilən risklərin təsdiq olunmuş limitlər daxilində olmasının təmin edilməsi;
Bankın valyuta və faiz dərəcələri risklərindən qorunma strategiyalarının metodoloji inkişaf prosesində nəzarəti və dəstəklənməsi;
Bankın daxili bazar risk modelləri əsasında daxili hesabatların idarəedilməsi; (bazar riskinə məruz qalma tədbirləri arasındakı əlaqənin qiymətləndirilməsi də daxil olmaqla; risk altında olan dəyər, stress testləri və ticarət limitləri)
Bazar riskini azaltma prosedurlarının koordinasiyası, onların icrasına nəzarət;
İnkişaf etmiş risk siyasətləri və metodologiyalarının düzgün istifadəsinə nəzarət;
Bankın daxili qayda, proses, siyasət, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət.
Sizdən nə tələb olunur?
Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr təhsili
İş təcrübəsi: Bazar riskləri və ya digər müvafiq sahədə minimum 1 il
Xarici dillər: İngilis
Kompüter bilikləri: Microsoft Office
Məhsul üzrə biliklər: Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik
Digər: Bazar üzrə biliklər
Bankın bazar və likvidlik risklərinin idarəedilməsinə aid olan daxili siyasət və prosedurları barəsində məlumatlılıq
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Bazar Riskləri üzrə Mütəxəssis” qeyd edərək [email protected] e-ünvanına göndərməyiniz xahiş olunur.