Azəricard
Arxiv işləri üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
Müvafiq Qanunvericiliyə uyğun işin təşkili;
Arxiv üzrə sorğu vasitələrinin (elektron və kağız daşıyıcıda bələdçi kitabı, göstərici, xülasə, kataloq) hazırlanması, onları təşkil və təhlil edilməsi;
Hesabat üçün arxivdə sənədlərin təşkili barədə məlumat hazırlanması;
Sənədlərin saxlanması, uçotu və səmərəli yerləşdirilməsi;
Sənədlərin axtarılması işlərin təşkil edilməsi;
Sənədlərin mövcudluğu və fiziki-kimyəvi vəziyyətinin yoxlanması, cildlənməsi və bərpa üçün hazırlanması;
Qanuna uyğun sənədlərin qəbulu və məhvinin təşkili;
Dezinfeksiya və qutulara yığılması işlərin təşkil edilməsi;
Daxil olan sənədlərin qanunvericiliyə və Şirkətin fəaliyyətini tənzimləyən aktlara müvafiq qaydada tərtib edilməsi.
Rəhbərlik tərəfindən tapşırılan əlavə daxili işlərin icra edilməsi.
Vəzifəyə olan tələblər:
Ali təhsil;
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
Xarici dil bilikləri: rus və ingilis dili - orta səviyədə;
Stressə davamlılıq;
Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
Komandada işləmək bacarığı;
Fikirlərini aydın və düzgün ifadə etmək və ünsiyyətdə inandırıcı olmaq bacarığı;
Ofis proqramlarını (Excel, Word, Outlook) mükəmməl bilmə bacarığı.
Namizədlərdən CV-lərini “Arxiv işləri üzrə aparıcı mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Elanın bitmə tarixi: 18.11.2023