Integro Group

1C və ya LOGO operator

My default image 

 

İş barədə məlumat:

  • Alış və satış əməliyyatlarının müvafiq proqram təminatına daxil edilməsi. 
  • Anbar əməliyyatlarının icra edilməsi
  • Ödənişlər üzrə əməliyyatların gündəlik proqram təminatına daxil edilməsi
  • Debitor və kreditor hesablarla mütəmadi üzləşmələrin aparılması və onlara nəzarət edilməsi;
  • Malların təsdiq edilmış qiymətlərinin 1C proqramına daxil edilməsi və yoxlanılması;
  • Gündəlik e-qaimələrin anbarla dəqiqləşdirilməsi
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının müvafiq proqram təminatında düzgün əks etdirilməsinin təmin edilməsi;

Vəzifəyə dair tələblər:

  • 1C/8.3 və ya LOGO proqramında sərbəst işləməyi bacarmalı 
  • Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (rus, ingilis) olması üstünlükdür.
  • Əmək haqqı – 600 – 700 manat
  • İş yeri – Abşeron Ticarət Mərkəzində yerləşir.

Bacarıq və səriştələr:

  • Ünsiyyətcil olmalı;
  • Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
  • Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 24.07.2023-cü il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə “1C və ya LOGO operator” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Ünvan: AZ1067 Bakı şəh, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57, (Meyvəli bazarının yanı)

Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45 və +994 50 555 14 85

Elanın bitmə tarixi: 19.08.2023