A-group sığorta şirkəti
Subroqasiya üzrə hüquqşünas
1000 - 1200 AZN
Hansı xüsusiyyətlər?
Hüquq sahəsində ali təhsil;
Minimum 1-3 il iş təcrübəsi;
Sığorta sahəsində təcrübə üstünlükdür;
Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı.
Hansı işləri görəcək?
Sığorta iddialarının tənzimlənməsi ilə bağlı sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
Subroqasiya borclarının, həmçinin Cəmiyyətə olan digər borcların məhkəməyə qədər, məhkəmədə və icra mərhələsində toplanılmasına çalışmaq;
Borclularla, məhkəmələrlə, icra məmurları ilə əlaqələr yaratmaq və onlarla işləmək;
İddia ərizələri ilə məhkəməyə müraciət etmək;
Etibarnamə əsasında məhkəmədə Cəmiyyətin nümayəndəsi qismində iştirak etmək və iddianın təmin edilməsinə nail olmaq;
Qanuni qüvvəsini almış məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və tam icrası ilə əlaqədar zəruri işləri görmək;
İcra məmurları ilə iş və görüşləri təşkil etmək;
İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək, müvafiq məlumat bazasını formalaşdırmaq və hesabatlar hazırlamaq və digər.
İş şəraiti:
Bazar ertəsi – Cümə: 09:00 – 18:00;
Tibbi sığorta;
Mobil nömrə və iş üçün avtomobil ilə təmin edilmə.
Əmək haqqı: 1000-1200 Azn
Necə müraciət etməli:
Maraqlanan şəxslər CV-sini mövzu hissəsində “subroqasiya üzrə hüquqşünas” qeyd etməklə [email protected] e-mail ünvanına göndər bilər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Elanın bitmə tarixi: 21.10.2023