Protokolların tərtibatı və qərarların icrası işinin aparılması üzrə mütəxəssis

Azəricard

Protokolların tərtibatı və qərarların icrası işinin aparılması üzrə mütəxəssis

My default image 

Vəzifə öhdəlikləri: 

  • Müvafiq iclasların protokollarının hazırlanması;

  • Şirkətdaxili əmr və qərarların, həmçinin keçirilən iclaslar üzrə protokollar üzrə qəbul edilmiş qərarların reyestrinin aparılması və aidiyyəti üzrə yönləndirilməsi;

  • Sənədlərin icrasının nəzarətdə saxlanması və aidiyyəti şəxslərə göndərilməsinin təmin edilməsi;

  • Aidiyyəti şəxslərin təqdim etdiyi qərarın icrası barədə məlumatın reyestrdə daxil edilməsi, mütəmadi yenilənməsi, izlənməsi və statusun dəyişdirilməsi;

  • Rəhbərliyə əmrlər, qərarlar, protokollar barədə hesabatların təqdim edilməsi;

  • Şirkətin daxili normativ sənədlərinin tərtib edilməsi.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;

  • Xarici dil biliyi: rus dili üzrə orta səviyyədə;

  • Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı, Jira proqramının istifadəsi üzrə təcrübə arzuolunandır;

  • Yüksək icraçılıq bacarığı;

  • Minimum 1 il iş təcrübəsi.

Namizədlərdən CV-i “Hüquq və sənədləşmə şöbəsinin Protokolların tərtibatı və qərarların icrası işinin aparılması üzrə mütəxəssisi” mövzusu ilə [email protected] e-mail ünvanına göndərmək xahiş olunur. 

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Elanın bitmə tarixi: 19.12.2023