Ferrum Capital
Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas
400 - 400 AZN
Hansı özəlliklərə malik olmalıdır?
Hüquq sahəsində ali təhsil;
Sahə üzrə təcrübə üstünlükdür;
Mükəmməl azərbaycan dili (rus dili arzu olunandır);
Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı.
Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas nə iş görür?
Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etməklə bağlı müvafiq məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün İcra şöbələrində hüquqi şəxsi təmsil etmək ;
Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların və digər gəlirlərin müəyyən edilməsi üçün İcra məmurları tərəfindən müvafiq sorğuların verilməsini təmin etmək ;
İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
Müvafiq məlumat bazası yaratmaq, hesabatlar hazırlamaq ;
İca şöbələri və məhkəmələrdə nümayəndə qismində iştirak etmək.
Əlavə məlumat:
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Əmək haqqı: 400 AZN + bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Elanın bitmə tarixi: 01.10.2023