Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas

Ferrum Capital

Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas

400 AZN

undefined 

 

Hansı özəlliklərə malik olmalıdır?

  • Hüquq sahəsində ali təhsil;
  • Sahə üzrə təcrübə üstünlükdür;
  • Mükəmməl azərbaycan dili (rus dili arzu olunandır);
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı.

 Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas nə iş görür? 

  • Qüvvəyə minmiş məhkəmə orqanlarının qərarlarının icrasını təmin etməklə bağlı müvafiq tədbirlər görmək;
  • Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
  • İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların müəyyən edilməsi üçün müvafiq sorğuların verilməsini həyata keçirmək;
  • İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
  • Müvafiq məlumat bazası yaratmaq, hesabatlar hazırlamaq.

Əlavə məlumat:

  • Bazarertəsi – Cümə: 09:00 – 18:00
  • Əmək haqqı: 400 AZN + bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Elanın bitmə tarixi: 27.02.2023