Buta Supply

Korporativ hüquqşünas

undefined 
İş barədə məlumat
  • Şirkətdaxili korporativ sənədləşmə işlərinin aparılması
  • Müqavilələrin o cümlədən beynəlxalq  müqavilələrin, ərizələrin, məktubların hazırlanması 
  • Nizamnamə və ona əlavələrin, şirkətin struktur bölmələrinin əsasnamələrinin və digər korporativ sənədlərin hazırlanması, nəzərdən keçirilib rəy verilməsi, 
  • Əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi;
  • Şirkətin tərəf olduğu korporativ mübahisələr üzrə iddia ərizələrini, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq və məhkəmə işinin aparılmasını təşkil etmək;
  • Şirkəti məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarında təmsil etmək;
Namizəd üçün tələblər
  • Təhsil: Ali/Bakalavr – Hüquq üzrə
  • Mülki, xüsusi ilə satınalma sahəsi üzrə qanunvericilik bilikləri
  • İş təcrübəsi: Hüquqşünas olaraq minimum 2-3 il iş təcrübəsi
  • Digər Bilik və Bacarıqlar:
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti,
  • İngilis və/və ya Rus dillərindən birini yaxşı səviyyədə bilmək
  • MS Office proqramları üzrə biliklər

İş şəraiti:

  • 5 günlük iş rejimi
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Korporativ hüquqşünas" qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.

 

Elanın bitmə tarixi: 12.11.2022