Para BOKT

Korporativ Hüquqşünas

1000 - 1200 AZN

undefined 

ParaBokt” Korporativ Hüquqşünas vəzifəsinə işçi qəbulu elan edir. Karyeranı, bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Əsas vəzifələr:

  • Təşkilatın fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin hazırlamaq;
  • Struktur vahidlərini təşkilat daxili qayda və əsasnamələrin hazırlanması üçün normativ sənədlərlə təmin etmək, hazırlanmış təşkilatdaxili normativ sənədlərin qanuniliyinin yoxlamaq və rəy vermək;
  • Hüquqi sənədlərin işlənib hazırlanmasında, cavabların hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəylər hazırlamaq;
  • Sənədlərin hazırlanması, hüquqi məsələlərin həlli və digər əlaqəli işlərlə bağlı rəhbərin göstərişlərini yerinə yetirmək;
  • Müqavilə işinin aparılması tənzimlənməsində iştirak etmək, prosesin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atmaq;
  • Müqavilə bağlanılmasına aid zəruri görüş və danışıqlarda iştirak etmək;
  • Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq tədbirləri görmək;
  • Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatları hazırlamaq.

TƏLƏBLƏR:

  • Təhsil dərəcəsi: Bakalavr (Hüquq sahəsi, hüquqşünas)
  • Təcrübə: Sahə üzrə ən az 3 il,
  • Məsuliyyətlilik
  • Ünsiyyət qurmaq bacarığı
  • Etibarlılıq
  • Detallara fikir vermək qabiliyyəti
  • Azərbaycan, Rus dili- əla və İngilis dili-yaxşı səviyyədə bilmək
  • Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Korporativ Hüquqşünas” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Elanın bitmə tarixi: 13.10.2022