Korporativ hüquq şöbəsinin rəhbəri

PASHA Insurance

Korporativ hüquq şöbəsinin rəhbəri

undefined 

 

Vəzifə və öhdəliklər:

  • Şirkətin fəaliyyətinin hüquqi təminatı üçün hüquqi ekspertiza üzrə funksiyaların icra edilməsi işini təşkil etmək;
  • Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuların hazırlanması işini təşkil etmək
  • Müqavilə layihələrinin hazırlanması, daxil olan sənədlərin və rəsmi sorğuların hüquqi ekspertizasının aparılması işini təşkil etmək
  • Agent müqavilələrinin layihələrinin hazırlanması və qeyd olunan sənədlərin reyestrinin aparılması və agentlər üzrə tələb olunan sənədlərin toplanması işini təşkil etmək;
  • Daxil olan sorğulara əsasən qanunvericilik aktları və onlara əlavə və dəyişikliklərin şirkət əməkdaşlarına göndərilməsinin təmin edilməsi;
  • Qanunvericiliklə müəyyən olunmuş qaydada etibarnamə əsasında məhkəmələrdə və digər hüquq mühafizə orqanlarında Paşa Sığorta ASC-nin mənafeyinin müdafiə edilməsini, bununla əlaqədar prosessual sənədlərin hazırlanmasını təmin etmək
  • Müvafiq dövlət orqanlarına və digər şirkət və təşkilatlara sorğuların hazırlanması və göndərilməsi və onlardan cavabların qəbul edilməsi;
  • Sığorta fəaliyyətinin hüquqi təminatına dair digər dövlətlərin təcrübəsini öyrənilməsini təşkil edir və bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair təkliflər hazırlanmasını təşkil edir;
  • Özünün fəaliyyəti üzrə dövri hesabatların hazırlanması;
  • Şirkətin fəaliyyəti üzrə hazırkı təlimatda nəzərdə tutulmayan digər hüquqi tapşırıqların icra edilməsində iştirak etmək;
  • Şirkətin daxili proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak.

Biliklər:

  • Ali hüquqi təhsil;
  • Dil bilikləri: yazılı və şifahi Azərbaycan və İngilis dili, Rus dili arzuolunandır;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, şirkət daxilində qüvvədə olan normativ aktları bilmə və istiqamətləndirmə;
  • Hüququn mülki, əmək sahələrini və sığorta qanunvericiliyini yaxşı bilmə, digər sahələrdə orta biliklər.

Təcrübə:

  • Bu sahədə 4 il iş təcrübəsi. Sığorta sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.

Bacarıqlar:

  • Ünsiyyət qurmaq
  • Çətin şəraitdə işləmək
  • Komanda da işləmək
  • İdarəetmə və koordinasiya
  • Məsuliyyətlilik

Son müraciət tarixi: 30 aprel, 2023.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] elektron ünvanına göndərin. 

Elanın bitmə tarixi: 30.04.2023