Rabitabank OJSC
Korporativ Hüquq Şöbəsinə Hüquq məsləhətçisi
Vəzifə öhdəlikləri:
Kreditlər və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
Bank fəaliyyəti ilə əlaqədar müvafiq məhsullar üzrə müqavilələri, standart şərtli müqavilələri və digər müqavilələri hazırlamaq;
Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların bankın mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
Bankda təchizat və satınalma işinin təşkili ilə əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
Bütün növ bank əməliyyatları ilə bağlı müvafiq struktur bölmələrdən daxil olan sorğuları cavablandırmaqla hüquqi dəstək göstərmək;
Azərbaycan Respublikasının Qanunvericiliyinin əsaslarını, bank fəaliyyətinə dair normativ hüquqi aktları bilmək;
Azərbaycan Respublikasının mülki, mülki prosessual, əmək, inzibati, vergi hüququnun əsasları üzrə müəyyən biliklərə malik olmaq;
Namizədə olan tələblər:
Ali hüquq təhsili;
Korporativ hüquq sahəsində ən azı 1 illik iş təcrübəsi;
Mülki, əmək, bank qanunvericiliyi və bank fəaliyyətinə nəzarəti həyata keçirən orqanların normativ xarakterli aktlarını bilmək;
Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi üstünlük təşkil edir;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20.10.2023-cü il tarixinə qədər [email protected] e-mail ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquq məsləhətçisi” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Elanın bitmə tarixi: 21.10.2023