Prior Leasing
Kiçik hüquqşünas
482 - 554 AZN
Namizədə olan tələblər:
Ali hüquq təhsili;
Kommersiya hüququ sahəsinə təcrübə arzuolunandır ( Bank, BOKT, İnvestisiya şirkəti, Sığorta şirkəti və.s təcrübəsi olması arzuolunandır)
Vəzifə öhdəlikləri:
Dövlət orqanları və təşkilatlarla yazışmaların tərtib edilməsində iştirak edir;
İddia ərizələrinin, vəsatətlərin, etirazların hazırlanmasında iştirak edir;
Ona həvalə edilmiş məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işində iştirak edir;
Etibarnamələr və müqavilələrə rəy verir;
Səhmdarların növbəti və növbədənkənar iclaslarının protokollarını tərtib edir;
Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasında iştirak edir;
Zərurət olduqda məhkəmə proseslərində təşkilatı təmsil edir.
İş şərtlərimiz:
Əmək haqqı: 482 – 554 AZN;
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30.
Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kiçik hüquqşünas” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Elanın bitmə tarixi: 20.10.2023