Hüquqşünas, Aparıcı / Baş hüquqşünas

Unibank

Hüquqşünas, Aparıcı / Baş hüquqşünas

undefined 

Təsvir:

  • Bank tərəfindən hazırlanan yeni məhsullara hüquqi dəstək göstərilməsi;

  • Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması, Bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə Bankın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;

  • Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, bankın digər struktur bölmələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;

  • Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həll edilməsi;

  • Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi.

Tələblər:

  • Hüquq sahəsində ali təhsilinin olması;

  • Korporativ hüquq sahəsində müvafiq iş stajı (əmək fəaliyyətinə yeni başlayanlar istisna olmaqla);

  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;

  • Azərbaycan Respublikasının mülki, bank və əmək qanunvericiliyini bilməsi;

  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;

  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;

  • İngilis və ya rus dilini yüksək səviyyədə bilmək;

  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;

  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

  • Stress altında işləmə bacarığı;

  • Kompyuter bilikləri.

Müraciət üçün link: https://glorri.com/unibank/650442ef5401195b3be81f5c-Korporativ%20h%C3%BCquq%20%C5%9F%C3%B6b%C9%99sind%C9%99%20vakansiyalar:%20H%C3%BCquq%C5%9F%C3%BCnas,%20Apar%C4%B1c%C4%B1%20h%C3%BCquq%C5%9F%C3%BCnas,%20Ba%C5%9F%20h%C3%BCquq%C5%9F%C3%BCnas.?sources=

Elanın bitmə tarixi: 15.10.2023