Xalq Sığorta

Hüquqşünas

My default image 

 

Tələb olunan bilik və bacarıqlar:

  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Word, Excel-yaxşı səviyyədə);      
  • Dil bilikləri- azərbaycan dili-əla; ingilis dili, rus dili -arzuolunandır.

 

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil (Hüquq üzrə);
  • İş təcrübəsi: minimum 1 il (sığorta sahəsində olması arzuolunandır);
  • Ünsiyyət qurmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli.

 

Vəzifə öhdəlikləri:

  • Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlaması;
  • Subroqasiya tələbləri üzrə lazımi materialların hazırlanması, müvafiq pretenziyaların göndərilməsi;
  • Subroqasiya tələbinin məhkəməyə qədər, məhkəmə və məhkəmə sonrası təmin edilməsi;
  • Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarını təmsil etmək;
  • Sığorta ödənişinin verilməsi barəsində məsələnin həllini tapmaq üçün hüquq-mühafizə və digər orqanlarından lazımi sənədləri almaq;
  • Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar digər tapşırıqların yerinə yetirilməsi.

 

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri 
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Hüquqşünas) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.       

Müraciət etmək üçün: [email protected] 

Elanın bitmə tarixi: 26.07.2023