Kristal Abşeron

Hüquqşünas

undefined 

 

Tələblər:

  • Ali təhsil (hüquq elmləri üzrə);
  • Hüquq sahəsində 3 ildən çox iş təcrübəsi;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
  • Güclü ünsiyyət və təqdim etmə qabiliyyəti;
  • Azərbaycan və Rus dilini mükəmməl bilməli, İngilis dili arzuolunandır;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin, o cümlədən beynəlxalq müqavilə və sazişin hüquqi ekspertizasını həyata keçirtmək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
  • Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
  • Podratçılar qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtib edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması;
  • Şirkət tərəfindən tətbiq olunması planlaşdırılan yeni layihələrin qanunvericiliyə uyğunluğunu araşdırmaq, bu barədə rəhbərliyin suallarını cavablandırmaq və aidiyyatı struktur bölmələri birbaşa məlumatlandırmaq;
  • Hüquqi şəxslərlə, o cümlədən, aidiyyyatı şəxslərlə aparılan əməliyyatları, habelə, öhdəliklərin ötürülməsi və digər əqdlərin qanunverilciliyə uyğunluğunu araşdırmaq və rəy vermək;
  • Vəzifələrin icrası ilə bağlı, Şirkətə daxil olan bütün sorğuların (daxili və xarici) cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanması;
  • Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

İş şəraiti:

  • 6 günlük iş qrafiki (şənbə yarı gün);
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Hüquqşünas” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 03.12.2022