STP Metal Structures

Hüquqşünas

undefined 

Vəzifə öhdəlikləri:

  • Qüvvədə olan qanunvericilikdə dəyişikliklər edilməsi nəticəsində Cəmiyyətin idarəetmə orqanlarının qərarlarının, daxili prosedurların, qaydaların, müqavilələrin dəyişdirilməsi və ya xitam edilməsi barədə təkliflər hazırlayır;
  • Hüquqi ekspertiza üçün daxil olan prosedurların, qaydaların müqavilələrin layihələrinə rəy verir, dəyişikliklər edilməsi barədə təkliflər verir;
  • Şirkətin satınalma fəaliyyətinin qanunvericilik tələblərinə müvafiq  təlimat, qayda və prosedurların layihəsinin hazırlanmasında iştirak edir və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
  • Qərar, əmr, sərəncam, müqavilə, məktub və digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
  • Struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək; 
  • Müqavilə bağlanılması nəzərdə tutulan kontragentlərin təsis sənədlərinin və müqavilənin bağlanması üçün əhəmiyyətli ola biləcək digər sənədlərin yoxlanılmasını təmin edir;
  • Müqavilələrin və müqavilələrə aid olan bütün növ sənədlərin elektron vəziyyətdə arxivləşməsi və xronoloji vəziyyətdə kağız formatda saxlanması, mühafizəsi;
  • Cəmiyyətin idarəetmə orqanlarının qərarlarının, daxili prosedurların, qaydaların, müqavilələrin tərtibi zamanı nəzərə alınması üçün qanunvericilikdə baş verən dəyişikliklərə dair Cəmiyyətin struktur bölmələrini məlumatlandırır və bu dəyişikliklərin əsas mahiyyətini izah edir;
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində digər funksiyaları yerinə yetirmək.

Namizədə aid tələblər:

  • Ali hüquq təhsili (Magistr təhsilinin olması üstünlükdür);
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dilləri yaxşı;

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Korporativ nömrə, danışıq vaxtı və internet paket;
  • Nahar şirkət tərəfindən verilir;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər qeydiyyatdan kecərək (www.stpcareer.com) müraciət edə bilərlər və ya CV formasını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Hüquqşünas” yazaraq göndərə bilərlər.

Elanın bitmə tarixi: 09.01.2024