Legaz Law Firm

Hüquqşünas

undefined 

 

Vakansiyanın təsviri:

 

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  •  Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması;
  •  Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarının qorunması və təmsil edilməsi;
  •  Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
  •  Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərinin qanunvericilik çərçivəsində həlli.
  •  Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;

 

Xüsusi tələblər:

 

  • Hüquq sahəsi üzrə ali təhsil
  •  Dil bilikləri: Azərbaycan dili- yüksək səviyyədə (rus dili, ingilis dili bilməsi üstünlükdür;)
  •  Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  •  Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  •  Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
  •  E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
  •  Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  •  Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  •  Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  •  Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;

 

Müraciət etmək üçün: [email protected] 

Elanın bitmə tarixi: 21.08.2023