Kanatis

Hüquqşünas

My default image 

 

Vakansiyanın təsviri:

 

  • Şirkətin təsis sənədlərində baş vermiş dəyişikliklərin qeydiyyata alınması üçün zəruri sənədləri toplamaq, tərtib etmək, rəsmiləşdirilməsini və müvafiq qeydiyyat orqanlarına təqdim edilməsini təmin etmək;
  • Hüquqi rəylər, arayışlar və sorğuların tərtibini təmin etmək, şirkətin struktur bölmələrindən daxil olan hüquqi məsələlər və qanunvericiliyin izahı ilə bağlı müraciətlərə baxılmasını, onların yazılı və ya şifahi şəkildə cavablandırılmasını ,şöbənin fəaliyyətinə uyğun olaraq nümunəvi sənədlərin tərtibini təmin etmək;
  • Yeni müqavilələrin tərtib edilməsini, ehtiyac olduqda mövcud müqavilələrdə lazımi dəyişikliklər  etmək;
  • Müqavilə layihələrinin digər struktur bölmələrlə birgə hazırlanmasında iştirak etmək, müqavilələrin ekspertizasını aparmaq, ilkin və təkrar rəy vermək, əlavə sazişin tərtib edilməsini təmin etmək;
  • Xarici vətəndaşların sənədləri ilə bağlı hüquqi rəy vermək, zəruri sənədləri hazırlamaq və ehtiyac yarandığı halda səfirliklərlə və s. qurumlarla danışıqlar aparmaq;
  • Akt, əmr, ərizə, etibarnamə, protokol tərtib edilməsini ,şirkətə daxil olan müraciətlərə (daxili ya da xarici) baxılmasını, onların araşdırılaraq cavablandırılmasını təmin etmək.
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: 5 gün

 

Xüsusi tələblər:

 

  • Ali təhsil müvafiq sahədə;
  • Dil bilikləri (ingilis və rus dili yaxşı səviyyədə);
  • MS Office bilikləri;
  • Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü.

 

Müraciət etmək üçün: [email protected] 

Elanın bitmə tarixi: 12.07.2023