Kapital Bank

Hüquqşünas

My default image 

 

İŞ BARƏDƏ MƏLUMAT:

  • Bankın məhsullarına aid müqavilə, razılaşma, habelə saziş layihələrinə əlavə və dəyişikliklər etmək;
  • Bankın aidiyyəti departamentlərinin təklifləri əsasında Bank məhsullarına dair yeni müqavilə layihələrinin hazırlanmasında iştirak etmək; 
  • Müştərilərlə bağlanılacaq bank məhsullarına aid müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və düzgün tərtib olunmasını yoxlamaq; 
  • Bank məhsulları ilə əlaqədar olmayan (alqı-satqı, xidmət və s.) müqavilə, razılaşma və saziş layihələrini hazırlamaq, həmin sənədlərə dair hüquqi rəy bildirmək, əlavə və dəyişikliklər etmək;
  • Bank məhsullarına dair hüquqi rəy vermək;

 

 

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Problemli kreditlərlə əlaqədar olmayan məhkəmə proseslərində Bankı bütün instansiya məhkəmələrində nümayəndə qismində təmsil edir, müvafiq şikayət və ərizələri hazırlayıb aidiyyəti üzrə göndərir; 
  • Hüquq mühafizə orqanlarından, habelə şöbənin səlahiyyətinə aid olan məsələlər üzrə dövlət orqanlarından Banka daxil olan sorğu və müraciətlərə baxaraq qanunvericiliyə müvafiq cavablar hazırlayır və ya bu məqsədlə aidiyyəti struktur bölmələrə hüquqi dəstək verir; 
  • Bankın struktur bölmələrinin yazılı/şifahi sorğularına əsasən praktiki işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərini verir, onları qüvvədə olan qanunvericilik və onun tətbiqi üzrə lazımi materiallarla təmin edir;
  • Şöbənin səlahiyyətinə aid olan məsələlər üzrə standart tipli sənədləri hazırlayır (etibarnamə, əmr və s.); 
  • Bankın filial, şöbə və nümayəndəliklərinin açılmasını və bağlanmasını hüquqi cəhətdən dəstəkləyir, onların vergi uçotunu təmin edir, Bankın fəaliyyəti üçün zəruri olan icazə və lisenziyaların alınması, müvafiq dövlət orqanlarında təsdiq etmə və qeydiyyata alınma ilə əlaqədar Bankın aidiyyəti dövlət orqanları qarşısında təmsilçiliyini həyata keçirir; - Daxili qayda və sənədlərin (qaydalar, prosedurlar, əmrlər, sərəncamlar və s.) ekspertizasını həyata keçirmək, hüquqi rəy bildirmək; 
  • Bankı hüquqi məsələlərlə əlaqədar müvafiq dövlət orqanlarında, habelə müəssisə və təşkilatlarda təmsil etmək və Bankın qanuni mənafelərini müdafiə etmək;
  • Bank və kommersiya sirrini qorumaq; 
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək;  Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək.

Müraciət etmək üçün: https://hr.kapitalbank.az/account/login 

Elanın bitmə tarixi: 07.07.2023