Melissa Group

Hüquqşünas

1500 - 1700 AZN

My default image 

 

Vəzifə öhdəlikləri və iş barədə məlumat:

  • Şirkət daxili hüquqi sənədlərin hazırlanması.
  • Məktublara cavabların hazırlanması. 
  • Müraciət və ərizələrin hazırlanması.
  • Müqavilələrin hazırlanması, yoxlanılması, eləcə də müqavilənin bağlanması üçün zəruri olan görüş və danışıqlarda, eləcə də iclaslarda iştirak etmək
  • Zəruriyyət olduqda şirkəti məhkəmədə, dövlət orqanlarında və üçüncü şəxslər qarşısında təmsil etmək.
  • Şirkətin fəaliyyətinə aid məsələləri tənzimləyən normativ hüquqi aktlarda baş verən dəyişikliklər barədə şirkətin müvafiq şöbələrinə məlumat vermək.

Namizədə dair tələblər:

  • Ali hüquq təhsili
  • Ən azı 3 il hüquqşünas kimi iş təcrübəsi
  • Kompüter biliyi 
  • Kompüterdə sürətlə yazmaq qabiliyyəti
  • Gərgin iş şəraitində işləmək bacarığı
  • Azərbaycan və rus dillərində mükəmməl danışıq qabilliyyəti və ünsiyyət bacarığı;
  • Təşkilati bacarıqlar;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Etik davranış qabiliyyəti;
  • Səbrli və məsuliyyətli olmalı.

Əlavə məlumat:

  • İş qrafiki: Növbəli qrafik əsasında 5 günlük iş həftəsinə uyğun olaraq müəyyən edilir. Bundan başqa, namizədə öz məhkəmə proseslərində iştirak üçün şərait yaradılır.  
  • Əməkhaqqı:1500-1700 AZN 

CV-lərinizi [email protected] ünvanına "hüquqşunas" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. 

Elanın bitmə tarixi: 13.04.2023