Qüvvədə olan hüquqi aktlar və bu aktlara edilən dəyişikliklərlə aidiyyəti strukturları tanış edir;
Bankın Strateji planı əsasında hazırlanmış tədbirlər planına uyğun verilən tapşırıqları icra edir;
Bankın inzibati-təsərrüfat məsələləri, işçi heyəti və ümumi fəaliyyəti üzrə sərəncamverici sənədlərin (əmr, qərar, sərəncam) standart formalarının hazırlanmasında iştirak edir;
Zərurət yarandığı təqdirdə dövlət idarəetmə, nəzarət, məhkəmə və notariat orqanlarında Bankı təmsil edir, bununla bağlı zəruri sənədləri hazırlayır;
İdarəetmə orqanlarının iclaslarının çağırılması, keçirilməsi və iclasların nəticələrinə dair protokolların, o cümlədən protokoldan çıxarışların hazırlanmasında iştirak edir;
Bankın fəaliyyəti ilə əlaqədar sənədlərin tərcüməsi, notariat qaydasında təsdiq edilməsi və leqallaşdırılması prosesində iştirak edir;
Banka təklif olunan əqdlər üzrə kontragentlərdən daxil olan müqavilələrin hüquqi ekspertizasını aparır;
Dövlət idarəetmə və nəzarət orqanlarına ünvanlanan məktubların layihələrini hazırlayır;
Bankın fəaliyyəti ilə bağlı zəruri olan vəkalətnamələrin (etibarnamələrin) hazırlanması və elektron imzaların alınmasını həyata keçirir.
Xüsusi tələblər:
Ali hüquq təhsili;
Bank və ya bank olmayan kredit təşkilatında hüquq sahəsində 1il iş təcrübəsi;
Mülki və Bank qanunvericiliyi sahəsində biliklər;
Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
Analitik təhlil və detallara fikir vermək qabiliyyəti;
Nizam-intizam və məsuliyyətlilik;
MS Office proqramlarında (MS Word, MS Excel) işləmək bacarığı.