Azerbaijan Energy Regulatory A
Hüquqi təminat və təhlil şöbəsinin Baş mütəxəssisi
Vəzifə öhdəlikləri:
Müvafiq sahədə nəzarətlə bağlı normativ-hüquqi aktların, normativ xarakterli aktların və Agentliyin fəaliyyəti ilə bağlı digər hüquqi sənədlərin layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir;
İcraatına daxil olan sənədlərin müvafiq sahədə nəzarətin həyata keçirilməsi baxımından hüquqi ekspertizasını keçirib rəy verir, sorğular əsasında hüquqi məsələlər üzrə araşdırma apararaq arayışlar hazırlayır;
Agentliyin təşkilati-sərəncamverici aktı ilə nəzərdə tutulduğu halda sənədlərə viza verir;
Müvafiq sahədə nəzarətlə bağlı işçi qruplarda, habelə rəsmi görüşlərdə iştirak edir;
Vəkalət əsasında məhkəmədə və digər üçüncü şəxslərlə münasibətlərdə Agentliyin hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir;
Müvafiq sahədə dövlət nəzarət tədbirlərinin həyata keçirilməsində bilavasitə hüquqi yardım göstərir;
Şöbə müdirinin və ya şöbə müdiri müavinin göstərişi ilə müvafiq sahədə nəzarətlə bağlı hesabatlar, arayışlar və rəylər hazırlayır, hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər verir;
Vəzifəsi üzrə şöbə müdiri və ya onun müavini tərəfindən verilən digər göstərişləri yerinə yetirir.
Tələblər:
Ali təhsil (hüquqşünaslıq);
İnzibati hüquq, mülki hüquq, prosessual hüquq, əmək hüququ, maliyyə hüququ və beynəlxalq hüquq sahələri, habelə energetika hüququ institutu üzrə peşəkar biliklərə malik olmalı;
Qanunvericilik texnikasını bilməli;
Dövlət idarəetməsi sahəsində biliklərə malik olmalıdır;
Yaş həddi 25-45 aralığı;
İxtisası üzrə azı 3 il iş stajı (dövlət qrumunda və normativ hüquqi aktlarla iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
Microsoft Office proqramlarında işləmə bacarığı;
Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı;
Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri arzuolunandır.
Digər:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Hüquqi təminat və təhlil şöbəsi – Baş mütəxəssis) qeyd etməniz tələb olunur.
Elanın bitmə tarixi: 16.12.2023