Hüquq və Kredit Risklərinin Ləğv Edilməsi departamentinə aparıcı mütəxəssis
Ziraat Bank Azərbaycan
Hüquq və Kredit Risklərinin Ləğv Edilməsi departamentinə aparıcı mütəxəssis
Vakansiyanın təsviri:
Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda mediasiya təşkilatlarında, məhkəmələrdə Bankın maraqlarının təmsil edilməsi və qəbul edilən qərarların icrası ilə bağlı işlərin aparılması;
Dövlət orqanlarında və qurumlarında, həmçinin digər şəxslər qarşısında Bankın maraqlarının təmsil edilməsi;
Korporativ işlər və məhkəmə işləri üzrə hüquqi rəylərin hazırlanması.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Xüsusi tələblər:
Ali hüquq təhsili;
Müvafiq sahədə 6 illik iş təcrübəsi;
Bank sahəsi, eyni zamanda korporativ və məhkəmə işləri sahəsində bilik və təcrübənin olması;
Qanunvericilik, xüsusilə bank qanunvericiliyi haqqında biliklərə malik olması;
Azərbaycan dilini mükəmməl bilməli, türk, rus, və ingilis dili biliklərinə üstünlük verilir;
MS Office, Internet Explorer proqramları ilə çalışmaq bacarığı.