Cəmiyyətin fəaliyyəti zamanı meydana çıxan hüquqi məsələlər üzrə rəylər verilməsi işinin təşkili;
Cəmiyyətin fəaliyyəti zamanı hüquqi uyğunluq məsələlərinin tənzimlənməsi;
Qanunvericiliyin tətbiqi ilə bağlı Cəmiyyətin struktur bölmələrinə məsləhətlərin verilməsi işinin təşkili;
Cəmiyyət adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi işinin təşkili;
Cəmiyyətin cəlb edildiyi məhkəmə mübahisələrində mənafelərin müdafiəsinin təşkili;
Sığorta hadisələrinin tənzimlənməsi işinin təşkili və bu sahəyə nəzarət edilməsi;
Cəmiyyətə daxil olan və xaric olan sənədlərin dövriyyəsi, saxlanılması və arxivləşdirilməsi işinin təşkili;
Cəmiyyətin daxili normativ sənədlərinin hazırlanması, yenilənməsi, saxlanması, biznes proseslərə uyğunlaşdırılması işinin təşkili;
Qanunvericiliyində meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərilməsi işini təşkili;
Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində işlərin görülməsi;
Hüquqi təminat, korporativ hüquq, sığorta hadisələri və kargüzarlıq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
Departamentin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi.
Namizədə dair tələblər:
Ali hüquqi təhsil
Qadın namizədlər
Yaş həddi : 35-45 yaş
Mülki, əmək, inzibati qanunvericilik sahəsində biliklər.
Mövcud sahədə – 5 ildən artıq iş təcrübəsi
Azərbaycan dili, İngilis dili yaxşı səviyyədə, Rus dili yaxşı səviyyədə
Analitik düşüncə
Maraqlanan namizədlər öz CV-ləri Mövzü hissəsinə “Hüquq departamentinin direktoru“ qeyd etməklə [email protected] e-ünvanına göndərə bilərlər.